Şənbə, 18 May

"Rusiyanın Yaponiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil” - XİN sözçüsü

image

“Rusiyanın Yaponiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil”.

Xəbər verilir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik” radiosuna müsahibəsində deyib.

“Biz Yaponiya ilə sülh müqaviləsi imzalamaq istiqamətində danışıqları davam etdirmək niyyətində deyilik. Buna səbəb Tokionun qeyri-dost davranışlarıdır. Tokio bizim maraqlarımıza açıq şəkildə zərbə vurmağa çalışır. Belə bir şəraitdə müvafiq sənədlərin imzalanmasından danışmaq mümkün deyil”, - XİN rəsmisi deyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Yaponiya rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq edib. Bundan sonra Moskva Tokio ilə sülh müqaviləsi üzrə danışıqları dayandırdığını açıqlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41